Azərbaycanda qoyunçuluğun inkişafına mənfi təsir göstərən amillərdən biri otlaqların azalmasıdır- Mita Pancabi
Azərbaycan qoyun ətinin istehsalı üzrə dünya ölkələri arasında 28-ci yerdə qərarlaşıb.
APA.az xəbər verir ki, bu sözləri “Azərbaycanda Qoyunçuluq Dəyər Zəncirinin İnkişafı: 2025-ci ilə Baxış” seminarında çıxış edən Dəyər Zənciri üzrə beynəlxalq məsləhətçi Mita Pancabi bildirib.
Onun sözlərinə görə, 2017-ci ildə ölkədə 79 min ton qoyun əti istehsal edilib. Ölkədə 8 mln. baş quyun olduğu qeydə alınıb (2007-ci ildə bu göstərici 7 mln təşkil edib). Dünya üzrə bu göstərici 1,2 mlrd-dan artıq olub ki, bu da 8,5%-lik artım deməkdir. Azərbaycan qoyun sayı üzrə dünyada 41-ci yer tutur.
M. Pancabi sözlərinə görə, Azərbaycanda qoyunçuluğun inkişafına təsir göstərən əsas mənfi amillərdən biri otlaqların azalmasıdır. Bundan başqa, bu sahədə tələb və təklif arasında boşluq mövcuddur.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın