“Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumda İran hakimiyyətinin əli var” -Markov
Bunu Report.az-ın Rusiya bürosuna açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.
Onun sözlərinə görə, İran mətbuatında davamlı olaraq Azərbaycan əleyhinə kampaniya aparılması Tehran hakimiyyətinin günahının bir hissəsidir.
Politoloq qeyd edib ki, səfirlikdə törədilən terror aktı İran hakimiyyətinin öz ərazisində yerləşən diplomatik nümayəndəlikləri müdafiə edə bilməməsindən xəbər verir: "Azərbaycan səfirliyinə hücum İran hakimiyyətinin nüfuzuna ləkədir. Bu, İran hakimiyyətinin öz ərazisində fəaliyyət göstərən diplomatik nümayəndəlikləri qoruya bilmədiyindən xəbər verir və bununla da, özünü ciddi şəkildə nüfuzdan salır. Bundan əlavə, Azərbaycan səfirliyinə hücum çoxlarına Tehranda ABŞ səfirliyinin ələ keçirilməsini xatırlatdı. Bu, İran üçün rüsvayçılıqdır və bu ölkə üçün mənfi imic formalaşdırır”, - ekspert fikrini yekunlaşdırıb.
Bu xəbər üçün şərh yazın