“Azərbaycanla danışıqların birinci raundu başa çatıb” – Gürcüstan XİN

“Azərbaycanla danışıqların birinci raundu başa çatıb” – Gürcüstan XİN 

“Bu müzakirələrin ilk raundu idi. Danışıqlar davam edəcək”. Gürcüstanın xarici işlər naziri David Zalkaliani belə deyib.

O, bildirib ki, sərhədlərin demarkasiya və delimitasiyası məsələsi SSRİ-dən qalan ağır mirasdır.

“Bütün problemlərin həll olunması üçün ciddi işləmək lazımdır. Müzakirə masasında ən həssas məsələ David Gareji və ətraf ərazilərdir. Məndə olan məlumata görə müzakirələr hələ bitməyib. Amma biz öz mövqeyimizi açıq şəkildə bəyan etdik, azərbaycanlı tərəfdaşlarımızdan müvafiq cavab gözləyirik. Strateji tərəfdaşlıq bütün qalan məsələləri müəyyənləşdirir”, – deyə David Zalkaliani bildirib.ONA.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər