Azərbaycanlı miqrant alman polisinin başını divara döydü

Azərbaycanlı miqrant alman polisinin başını divara döydü -Təfərrüat

Bavariyanın Deqqendorf şəhərində Azərbaycandan olan miqrant polis zabitinə hücum edib və ona xəsarət yetirib.

Virtualaz.org bildirir ki, bu barədə Bavariya nəşri “Plattinger Zeitung” yazıb.

Nəşrin informasiyasına əsasən, hadisə 25 mayda olub. Azərbaycandan olan 48 yaşlı miqrant hansısa ərizəni vermək üçün Platlinq rayonunun polis bölməsinə gəlib. Təhqiqatın gedişatında polis əməkdaşları müəyyən ediblər ki, miqrant-azərbaycanlı özü bir neçə dəfə qanunu pozub və məsuliyyətə cəlb olunub.

Polis əməkdaşları kişini ilkin saxlama kamerasına salmağa çalışanda, o onlara sərt müqavimət göstərib. Belə ki, miqrant polis zabitinin başını divara vurub, asayiş keşikçisi başından xəsarət alıb. Bundan başqa, miqrant onun üzünə tüpürüb.

Deqqendorfa məhkəməsi miqrantın ilkin qoruma altına alınması barədə qərar qəbul edib. Almaniyada sığınacaq axtaran şəxsə qarşı bir neçə, o cümlədən polis əməkdaşlarına hücum etmək ittihamı irəli sürülüb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi