"Azəriqaz" İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsindən şikayət edilir- Əks təqdirdə rayonda vətəndaşlara məxsus evlər ...
Biz bu müraciətin müəllifləri olan Ucar rayon sakinləri -Azərbaycan respublikasının Prezidenti İlham Əliyevdən, vitse-prezident Mehriban Əliyevadan və "Azəriqaz" İstehsalat Birliyinin sədri Ruslan Əliyevdən xahiş edirik ki, özbaşınalıqla məşğul olan Ucar rayon Qaz İdarəsinin rəisi İkram Məhərrəmovun və qəza xidmətinin rəisi Seymur Məmmədovun barəsində təcili tədbirlər görülməsinə göstəriş versinlər.
Faktinfo.az-a yazan şikayətçi sakinlər bildirirlər ki,"Azəriqaaz" İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin Ucar Xidməti sahəsinə 17 dekabr 2020-ci il tarixdə İkram Məhərrəmov rəis təyin edilib.
O, rəis vəzifəsinə təyin olunan kimi ilk işi qazı məhdudiyyətlə vermək və şişirdilmiş sərfiyat qəbzlərini evlərə göndərmək olub. Sitat:"Qazın təzyiqi azaldılır bir neçə saatdan sonra isə qəfil çoxaldılır.Nəticədə də 8 yanvar 2021-ci il tarixdə Ucar şəhərində 2 nəfərə məxsus ev tamamilə yanaraq kül olub, çoxlu sayda vətəndaşın evində qazla işləyən qızdırıcı qurğular partlayıb sıradan çıxıb".
Ucar Qaz İdarəsinin qəza xidməti rəisi Seymur Məmmədov narkotik qəbulunda da ittiham olunur. Şikayətçilər:"08 yanvar 2021-ci il tarixdə idarənin anbarına gedərək növbətçi Aydən Məmmədovu Bərgüşad kəndinə iş üçün göndərib özü isə növbətçinin yerində oturub narkotika qəbul edib.Saat 19-30 da hallı olduğu üçün qazı yüksək təzyiqlə verib,nəticədə 2 nəfərin evi yanıb külə dönüb, çoxlu sayda evlərdə qaz cihazları sıradan çıxıb.Baş vermiş hadisəni Rəis İkram Məhərrəmov və qəza rəisi Seymur Məmmədov 8-00 da növbəni təhfil almış şəxsin üstünə atmaq istəyirlər. Ancaq yanğın saat 19-30 radələrində baş verib.Yanğının çəkliş video,fotosu var və həmçinin yanğın barədə FHN-nin Yanğından Mühafizə Xidmətinə edilən zəng saatları var. Ucar rayonunun kəndlərində gecələr əhali yuxuda olan zaman qaz söndürülür, səhər tezdən qəfil verilir.Bu isə evlərin alışaraq yanmasına gətirib çıxara bilər ki, buna görə insanlar qorxu həyacan içində yaşayırlar".
Sakinlər onu da qeyd edirlər ki, İkram Məhərrəmov abonentlərin evinə şişirdilimiş sərfiyat qəbzləri göndərib əhalinin cibini soymaqla məşğuldur. Hansı ki, 1 ay ərzində sərfiyata görə 30 manat ödəyən şəxsin evinə 20 gün üçün 60 manat sərfiyat qəbzi gəlib.Bu açıq aşkar talançılıqdır ki, İkram Məhərrəmov həyata keçirir.
Təmir adı ilə hər gün rayonda qazın verlişi dayandırlır. Ancaq heç bir təmir aparılmır.Bir küçədə və ya bir kənddə təmir gedirsə bütün rayona qazın verlməsinin dayandırlması qanunsuzluqdur.Ucar rayon əhalisinin həyat və sağlamlığı ciddi təhlükə altındadır,rayonda vətəndaşlara məxsus evlər yanıb kül ola bilər.
1. Purqafari Azər Ələsgər oğlu əlaqə telefonu; 077 610-11-22
2. Ağalarov Nəsimi Akif oğlu
3. Şirinov Raqif Ayaz oğlu
4.Məmmədov Vilayət Mövsüm oğlu
5. Əliyeva Zeynəb Nəbi qızı
6.Salmanova Məhluqə Yasin qızı
7.Məmmədova Nisə Dadaş qızı
8. Tağıyeva Maisə Hüseyn qızı
Bu xəbər üçün şərh yazın