AZƏRSU-ya xüsusi geyim hazırlayan ALYANS TEKSTİL şirkəti kimindir ?

AZƏRSU-ya xüsusi geyim hazırlayan ALYANS TEKSTİL şirkəti kimindir ? 

Məlumdur ki, çox uzaq keçmiş olmayam sovet dövründə müxtəlif sferaların işçiləri üçün çox ucuz qiymətə, amma keyfiyyətli xüsusi geyim ( spesodejda) hazırlayardılar.

Bu gün də ölkəmizdə müxtəlif qurumlar üçün xüsusi geyimlər hazırlanır. Ancaq təəssüf ki, baha və keyfiyyətsiz. Əslində həmin xüsusi geyimlər real dəyəri elə da baha deyil, çoxu da ucuz Çin geyimlərinə əl gəzdirib guya milli xüsusi geyim kimi sənədləşdirirlər. Təsəvvür edirsiniz malın real dəyərindən 5-10 dəfə baha qiymətə sənədləşdirib dövləti milyonlarını mənimsəyirlər. Saytımızın elektron poçtuna daxil olan məlumatdan bəlli olur ki, SOCAR və AZƏRSU-nun işçiləri üçün “spesodejda” hazırlayan ''ALYANS TEKSTİL MMC'' tikiş fabrikində də eyni maxinasiyalar baş verir. Görəsən SOCAR-ın prezidenti Rövnəq Abdullayevlə Azərsu-nun rəhbəri Qorxmaz Hüseynovun şərikli biznesini kim idarə edir ? 

Bəlli olur ki, SOCAR-ın Kəşfiyyat Geofizika İdarəsinin rəis müavini Faiq Hüseynov “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun qardaşıdır.  ALYANS TEKSTİL tikiş fabrikini də Faiq Hüseynov işlədir. Bu tikiş fabrikində baş verən qanunsuzluqlar, maxinasiyalar, qiymətlərin şişirdilməsi və.s. kimi hallar görəsən dövlət orqanlarını niyə maraqlandırmır ? Axı söhbət milyonlardan gedir, cənablar ! Neçə milyonlar vergidən yayındırılır ? Bizim bir media olaraq işimiz yazmaqdır. İstintaq aparmaq bizim səlahiyyətimiz və imkanlarımız xaricindədir. Axı, Fatının tuman bağı...məsələsi olmasın, dövlətin milyonları göyə sovrulandan sonra kiminsə həbs olunmasının nə əhəmiyyəti var?

/Gundelik-baku.com 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər