“Azərsu”yun xərci qazancından çoxdur – Rəsmi
2018-ci ildə Azərsu ASC-nin təklif etdiyi 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri 1,3 manat, orta satış qiyməti isə 0,74 manat olub.
Report.az xəbər verir ki, bu barədə qurumun ötən ilin yekunlarına dair maliyyə hesabatında bildirilib.
Beləliklə, ötən il “Azərsu”yun xidmətinin maya dəyəri orta satış qiymətini 0,56 manat və yaxud 75,7% üstələyib.
Xatırladaq ki, 2017-ci ildə bu fərq 0,67 manat və yaxud 90,5% təşkil etmişdi. Əvvəlki il qurumun 0,74 manata satdığı xidmət ona 1,41 manata başa gəlmişdi. Başqa sözlə, xidmətin maya dəyəri 7,8% azalıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın