BAHAR MURADOVA ADMİNİSTRASİYAYA GƏTİRİLİR? – Əli Həsənovu əvəz edə bilər...
Vitse-spiker Bahar Muradovanın adı Yeni Azərbaycan Partiyasının (YAP) vahid namizədlər siyahısında yoxdur.
Lakin onu Prezident Administrasiyasında (PA) məsuliyyətli iş gözləyir. Etibarlı mənbədən AzPolitika.info -ya daxil olan məlumata görə, B.Muradovanın PA-nın Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdiri təyin ediləcəyi gözlənilir. Bəzi mənbələr isə onun Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunacağını iddia edirlər.
Xatırladaq ki, Prezident Administrasiyasında aparılan struktur və kadr dəyişikliklərindən sonra bir neçə şöbə ləğv olunub, onların bazasında yeniləri yaradılmışdı. PA-nın İctimai-siyasi məsələlər üzrə şöbəsinin yerində yaradılan iki qurumdan biri - Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinə isə Ədalət Vəliyev rəhbər təyin edilmişdi.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın