Bakı sakini özünü binadan atmaq istədi - İNTİHARA CƏHD

Bakı sakini özünü binadan atmaq istədi - İNTİHARA CƏHD 

Bu gün paytaxtın Binəqədi rayonunda Nübar Kişiyeva hündürmərtəbəli yaşayış binlarının birindən ictimai diqqəti üzərinə yönəltmək üçün intihara cəhd göstərib.

Muxalifet.az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, qadının intihara cəhdin qarşısı ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayı və Fövqaladə Hallar Nazirliyinin müvafiq xidmətinin əməkdaşları tərəfindən alınaraq, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə təhvil verilib: “Bölmədə onunla profilaktiki söhbətlər aparılıb.”

Xidmət rəisi əlavə edib ki, N.Kişiyevanın ətrafında aparılan araşdırma zamanı onun intihara cəhd etməsinə səbəb, polislə yox, tikinti şirkətlərindən biri ilə aralarında yaranan mənzil mübahisəsinin məhkəmə iddiası ilə bağlıdır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi