Bakıda dəhşət:

Bakıda dəhşət: qadın zavod çörəyinin içindəki sancağı uddu

Bu gün Bakıda orta yaşlı qadın zavod çörəyinin qurbanı olub.

Hər gün aldıqları N1 zavod çörəyinin içində olan adi sancağı görməyən və dişləri protez olduğu üçün hiss etməyən qadın onu udub. Sancaq qadının boğazında ilişərək ciddi əlamətlər verib: qanama, qusma, halsızlıq.

Böyük qorxu, həyəcan içində ailə üzvləri qadını əvvəl 1 saylı şəhər xəstəxanasına (Semaşkoya) çatdırıb. Hər şey də bundan sonra başlayıb. Zərərçəkmişin qızı başlarına gələni bildirib:


"Bu gün çoox təəssüf ki, biz N1 çörək zavodunun istehsal etdiyi , ölkəmizin yeganə qarın doyduran ərzağı çörəyin qurbanı olduq. Çöx böyük dəhşət yaşadıq.


İlk getdiyimiz Semaşkonun təcili yardımı xəstəmizi qəbul etmədi. Onu Əfəndiyev adına xəstəxanaya göndərdilər. Orada həkim (demək olarsa) xəstənin şikayətlərini nəzərə almadan, boğaza müdaxilə edib, sancağı irəli, qida borusuna saldı. Sancaq açıq vəziyyətdə qida borusunda qaldı. Onlar da müdaxilə edə bilmədilər.


Bir neçə saat danışıqlar. Zənglərdən sonra, nəhayət, bunu bacaracaq həkim tapıb, anamı təcili yardımla özəl klinikaya çatdırdıq.


Adil həkimə təşəkkür edirik, qida borusundan sancağı çıxardı. Həyatımızın ən dəhşətli gününü keçirdik. Nə yaxşı ki, anamızı xilas edə bildik. Aldığınız çörəkdən və bir sancağı çıxara bilməyən "həkimlərdən” ehtiyatlı olun”./Bakupost.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər