Bakıda qoçular avtomobili əhatəyə alıb sürücünü təhqir etdi — VİDEO
Bakıda qaydaları pozaraq təhlükə yaradan sürücü digər sürücünün qarşısını kəsərək ona hədə-qorxu gəlib.
Avtosfer.az xəbər verir ki, martın 23-ü paytaxtın Rahib Məmmədov küçəsində hərəkət edən 90-PJ-095 qeydiyyat nişanlı "Mercedes Gelandewagen" markalı avtomobilin sürücüsü sola- Ramiz Quliyev küçəsinə dönərkən üstünlüyə malik olan avtomobilə yol verməyib. Bu azmış kimi sürücünün qarşısını kəsərək "məzələnirsən"? "ver qabağa"- deyərək avtomobili qarşıda saxlayıb.
O, hətta sağa qəfil manevr edən zaman qonşu zolaqda hərəkət edən 99-TV-356 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilə də qəza vəziyyəti yaradıb. Bundan sonra sürücü haqsız olduğunu etiraf etməkdən yayınaraq yenə də qarşı tərəfi günahlandırıb və ona "sizdə bir psixologiya var, yol mənimdir istəsəm adam da vuraram"- deyə aidiyyəti olmayan fikir bildirib.
Sonradan qaydaları pozan sürücü və dostları öz avtomobilləri ilə görüntünü qeydə alan sürücünü arxadan və yan tərəfdən əhatəyə alaraq "sür əəəə", "cəhənnəm ol buradan"- deyərək ona qarşı qeyri-etik ifadələr işlədiblər.
İdarə etdikləri avtomobillərdən bəlli olur ki, bu sürücülər öz maddi imkanları və yaxud ətrafinda vəzifə sahibləri olan insanlara güvənərək adi vətəndaşa qarşı bu cür kobudluq ediblər.
Ümid edirik ki, hüquq mühafizə orqanları həmin şəxslər barəsində ciddi tədbir görəcək.
Bu xəbər üçün şərh yazın