Bakının bu qəsəbəsində aksiya: icra başçısı dəstək verdi
Bakının Ələt qəsəbəsində yüzlərlə sakin “Narkomaniyaya yox!” şüarı altında aksiya keçirib.
Faktinfo.az xəbər verir ki,qəsəbə sakinlərinin Axar.az-a verdiyi məlumata görə, sakinlər son vaxtlar Ələtdə narkomaniyanın artmasından və gənclərin bu xəstəliyə yoluxmasından narahatlıqlarını bildiriblər. Aksiya iştirakçıları gənclərə bu bəladan uzaq olmaq çağırışı etməklə bərabər, hüquq-mühafizə orqanlarına da narkomaniyaya qarşı mübarizəni sərtləşdirmək tələbi səsləndiriblər.
Əraziyə polis qüvvələri cəlb edilib və aksiya iştirakçıları ilə danışıqlar aparılıb.
Rayon icra başçısı Süleyman Mikayılovun qəsəbə nümayəndəsi sakinlərə bildirib ki, rayon rəhbərliyi əhalinin bu aksiyasını dəstəkləyir və əhalidən bu işdə yardım gözləyir. Çünki narkomaniyaya qarşı mübarizə həm də ailədən başlayır və bu bəlaya qarşı hüquq-mühafizə orqanları, rayon rəhbərliyi ailələrlə birgə addımlar atmalıdır.
Sakinlərin sözlərinə görə, hüquq-mühafizə orqanları nəzarəti ən yüksək həddə gücləndirəcəklərini vəd ediblər.
Bu xəbər üçün şərh yazın