Barak Obama: "Suriyaya hərbi müdaxilə asanlıqla veriləcək qərar deyildi"
ABŞ-ın keçmiş prezidenti Barak Obama fəaliyyəti dövründə verdiyi ən cəsarətli qərarı açıqlayıb.
Obama sui-qəsd nəticəsində öldürülən ABŞ Prezidenti Con Kennedinin nəvəsinə müsahibəsində ən cəsarətli addımının Suriyaya hərbi müdaxilə etməmək olduğunu bildirib:
“Hazırda Suriyada kimyəvi silahlar var. Bu da onu göstərir ki, kimyəvi silahdan istifadə edən ölkəyə hərbi müdaxilə çıxış yolu deyil. Prezidentlik dövrümdə Suriyanın kimyəvi silahdan istifadə etdiyi deyilirdi. Ancaq mən bu ölkəyə hərbi müdaxilə etməyi lazım bilmədim. Bu, heç də asanlıqla veriləcək qərar deyildi”.
Obamanın bu sözlərinin ABŞ Prezidenti Donald Trampa bir ismarış olduğu deyilir. Belə ki, Tramp bir müddət əvvəl Əsəd ordusunun kimyəvi silahdan istifadə etməsindən sonra Suriyanın Şayrat hava bazasının bombalanması haqda əmr vermişdi.
Faktinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın