BAŞ QƏRARGAHA TƏYİNAT GÖZLƏNİLİR – Döyüş generalı Kərim Vəliyev...

BAŞ QƏRARGAHA TƏYİNAT GÖZLƏNİLİR – Döyüş generalı Kərim Vəliyev... -YENİLƏNİB

Azərbaycan Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyinat gözlənilir.

Faktinfo.az Azpolitika .az-a istinadən xəbər verir ki,bu barədə bu gün səhər saatlarından başlayaraq, çoxsaylı mənbələr xəbər verir.

Bir sıra hərbi mənbələrin də təsdiqlədiyi kimi, bu vəzifəyə hazırda Müdafiə nazirinin müavini vəzifəsini tutan general-leytenant Kərim Vəliyev təyin olunacaq. K.Vəliyev Baş Qərargah rəisi vəzifəsinə əsas namizədlərdən biri hesab olunurdu.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsinin ilk günlərində Nəcməddin Sadıkovgözlənilmədən Baş Qərargah rəisi vəzifəsindən uzaqlaşdırılmışdı. Maraqlıdır ki, Baş Qərargaha yeni rəis təyinatı xəbəri ilə təxminən eyni vaxtda sosial şəbəkələrdə Nəcməddin Sadıkovun ölüm xəbəri də yayıldı. Bu xəbəri elə N.Sadıkov özü də təkzib etdi.

General-leytenant K.Vəliyev milli general korpusunun ən parlaq nümayəndələrindən biridir. O, həm Milli Ordunun şəxsi heyəti, həm də Azərbaycan cəmiyyəti arasında rəğbət duyulan generallardandır. 44 günlük Vətən müharibəsini döyüş meydanlarında keçirən K.Vəliyevin Baş Qərargah rəisi vəzifəsinə təyin olunması xəbəri də sosial şəbəkələrdə rəğbətlə qarşılanıb. Lakin bu xəbər hələ ki, rəsmi təsdiqini tapmayıb.

***

General-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.

Faktinfo.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər