BDU rektoru daha bir müşavirini işdən çıxardı –Nazirliyin idarə rəisinə vəzifə verildi
Bakı Dövlət Universitetinin (BDU) rektorunun daha bir müşaviri işdən çıxarılıb.
Bununla bağlı rektor Elçin Babayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, BDU rektorunun Maliyyə məsələləri üzrə müşaviri Məzahir Sultanov tutduğu vəzifədən azad edilib. E.Babayevin digər əmri ilə bu vəzifəyəMirzə Mirzəyev təyin olunub.
M.Mirzəyev bu təyinata qədər Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin Suraxanı rayonundakı 11 saylı idarəsinin rəisi vəzifəsində çalışıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın