"Belə başa düşürəm nazirə yalan danışırlar..."-

"Belə başa düşürəm nazirə yalan danışırlar..."- ŞİKAYƏT

21 iyul 2023-cü il tarixində Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov cənabına teleqram vurmuşam.Nazirdən məni 5 dəqiqəlik qəbul etməsini xahiş etmişəm.Xahişim bu olub ki,əsassız yerdən əmək müqaviləmə xitam verilməsini ona izah edəm və "Aqroservis"ASC-də baş verən hadisələrlə bağlı fikrimi bir neçə cümlə ilə çatdıram".


Faktinfo.az xəbər verir ki,bu sözlər İsgəndərov Qədir İsgəndər oğlu tərəfindən sayta göndərilən məlumatdandır.Şikayətçi onu da bildirir ki,vurduğu teleqramdan sonra 26 iyul 2023-cü il tarixində ona zəng gəlib.(hər bir halda zəng olunan nömrəni qeyd etməyi məqbul bilmirik-red faktinfo.az


Şikayətçi: "Zəng edən xanım insan resusları şöbəsindən olduğunu,nazirin vaxt məhdudiyyətinin mövcudluğunu bildirdi.Mənə kadrlar şöbəsinin rəhbəri ilə görüşmək məsləhət bilindi,mən də razılıq verdim.Bir-iki günə görüşün vaxtının təyin olunacağı bildirilsə də,sonradan məlum nömrədən nə zəng gəldi,nə də ki,edilən zəngə cavab verildi.Belə başa düşürəm nazirə yalan danışırlar,şikayətçiləri bir vasitə ilə yola verirlər".


Qeyd edək ki,kənd təsərrüfatı mütəxəsisi,40 ilə yaxın bu sahədə iş təcrübəsinə malik olan İsgəndərov Qədir İsgəndər oğlu "Aqroservis" ASC-nin Şəmkir Regional Nümayəndəliyinin Ağstafa rayon bölməsində mühəndis-mexanik vəzifəsində işləyib."Aqroservis" ASC-nin sədri Elmin Rəhimovun göstərişinə əsasən 20.12.2022-ci il tarixində əmək müqaviləsinə xitam verilib.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi