Bəşər Əsəd rejimi “qarşıdurmasız ərazi”də 106 vətəndaşı qətlə yetirib
Faktinfo.az xəbər verir ki, Suriya İnsan Haqları Şəbəkəsi (SNHR) Bəşər Əsəd rejiminin “qarşıdurmasız ərazi” adlanan hissənin sərhədlərini 68 dəfə pozduğunu, bir ay içində 106 vətəndaşı öldürdüyü haqda məlumat yayıb.
Xatırladaq ki, 4-5 may tarixində Qazaxıstanın paytaxtı Astanada təşkil edilən Suriya danışıqlarının 4-cü mərhələsində qarant ölkələr Türkiyə, Rusiya və İran İdlib şəhəri və qonşu ərazilərin (Lazkiye, Hama və Hələb vilayətləri) bəzi bölgələrinin, Humus şəhərinin şimalındakı müəyyən bölgələrin, paytaxt Şamdakı Şərq Gutanın, Suriyanın cənubunda müəyyən bölgələrin (Deraa və Kuneytra vilayətləri) " qarşıdurmasız ərazi"kimi təsdiqlənməsinə nail olmuşdular.
Şirvan Balabəyli
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın