Bəxtiyar Hacıyev aclığa davam edir

Bəxtiyar Hacıyev aclığa davam edir 

İctimai fəal Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırmayıb.

Yenipress.az xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc deyib.

O bildirib ki, bu gün səhər saatlarında müvəkkili ilə görüşüb:

“Bəxtiyar Hacıyev qəti olaraq aclıq aksiyasını dayandırması xəbərini təkzib etdi. Dedi ki, mətbuatda gedən informasiyalar reallığı əks etdirmir”.

A.Layıcın sözlərinə görə, B.Hacıyevə aclığı dayandırması ilə bağlı təkid etsə də, o bundan imtina edib.

Qeyd edək ki, ötən gün B.Hacıyevin aclığı dayandırdığı barədə məlumat yayılmışdı.

B.Hacıyev barəsində çıxarılan 1 ay 20 günlük həbsə və cinayət işinə etiraz olaraq sulu aclıq aksiyası keçirir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər