Bəxtiyar Hacıyev Fazil Mustafadan danışdı: “Deputat toxunulmazlığı arxasında gizlənərək...”
“Narahat olmayın, hər şey yaxşıdır. Deputat Fazil Qəzənfəroğlu mənim barəmdə Bakı Şəhər Baş Polis İdarəsinə şikayət edib, həyatına təhdid olmağımı bildirib”.
Bunu deputat Fazil Mustafanın şikayəti əsasında BŞBPİ-ə çağırılmış siyasi fəal Bəxtiyar Hacıyev deyib.
O bildirib ki, ona qarşı təhdid, şantaj, hədə-qorxu ittihamları irəli sürülüb: “Bununla bağlı mən Baş Polis İdarəsinə dəvət edildim, geniş izahat yazdım, millət vəkilinin vətəndaşları təhqir etməsinin yolverilməz olduğunu, deputat toxunulmazlığı arxasında gizlənərək, vətəndaşları təhqir edə bilməyəcəyini bildirdim. Baş Polis İdarəsində normal şəkildə qəbul edildim, izahat yazdım, çıxdım. Onunla bağlı bir neçə quruma müraciət etmişəm, Baş Polis İdarəsinə də, məhkəməyə də müraciət edəcəyəm”./Pravda.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın