"Bizə nə mənzil ,nə də ki, şəhid üçün veriləcək 11000 manat lazım deyil,şərlənərək həbsə atılmış həyat yoldaşımın..."

"Bizə nə mənzil ,nə də ki, şəhid üçün veriləcək 11000 manat lazım deyil,şərlənərək həbsə atılmış həyat yoldaşımın..." -Şəhid anasından prezidentə müraciət

Göyçay rayonu Bəydövül kənd sakini ,şəhid anası Teymurova Həbibə Namaz qızı Azərbaycan respublikasının prezidenti İlham Əliyevə müraciət edərək ondan bir məsələyə diqqət yetirməsini xahiş edir.

Faktinfo.az bu mövzuda müəyyən nüansları nəzərə alıb məsələyə həssas yanaşır və sayta göndərilən müraciəti olduğu kimi təqdim edir:               

03 mart 1993-cü il tarixdə anadan olmuş oğlum Xudiyev Mütalib Ələsgər oğlu Vətən müharibəsində - 07 noyabr 2020-ci il tarixdə şəhid olub. Oğlum Mütalib Vətən müharibəsinə könüllü olaraq getmişdir.O,müharibəyə könüllü gedəndə mənə dedi ki, ana döyüşüb qəhrəmanlıq göstərəcəm ki, bəlkə şərlənərək zindana atılmış atamı həbsdən çıxara bildim.Həqiqətəndə Mütalib qəhrəmanlıq göstərdi 7 noyabr 2020-ci il tarixdə Şuşa uğrunda gedən döyüşlərdə şəhid oldu.Ancaq atasını həbsdən çıxara bilmədi.

Qeyd edim ki, biz kasıb yararsız bir komada yoxsulluq içində acınacaqlı vəziyyətdə yaşayırıq.Həmin ev qəzalıdır uçmaq üzrədir.Ancaq bizə nə təzə mənzil lazım deyil nə də ki, şəhid üçün veriləcək 11000 manat pul.Bizə şərlənərək qanunsuz həbsə atılmış həyat yoldaşımın azadlığa çıxması lazımdır.Oğlum Mütalib  vətənini canı qədər sevirdi.Buna görə mən fəxr edirəm qürur duyuram. Mənim həyat yoldaşım Xudiyev Ələsgər Xudu oğlunu 2014-cü il tarixdə şərləyib həbs ediblər.  And olsun şəhid oğlumun ruhuna ki, mənim həyat yoldaşım Xudiyev Ələsgər Xudu oğlu şərlənərək həbsə atılıb, onun günahı yoxdur.

Həmin cinayəti imkanlı şxəs törətsə də mənim həyat yoldaşımın boynuna işgəncə ilə qoydular.Biz həmin vaxt bu barədə hər yerə şikayətlər etdik, subutlar təqdim etdik ,ancaq əhəmiyyət verilmədi.

14 avqust 2014-cü ilin  tarixində Göyçay rayonu Alpoud kəndi sakini Sahib Sabir oğlu Abbasovun qətlini mənim həyat yoldaşım Ələsgər Xudu oğlu Xudiyevin boynuna  işgəncə ilə qoydular.Hansı ki, Sahib Abbasovu mənim həyat yoldaşım qətlə yetirməyib.Belə ki, 22 avqust 2014-cü il tarixdə Sahib Abbasovun Göyçay rayonu Alpoud kəndində yolun kənarında qətlə yetirilmiş meyiti tapılıb.Elə həmin günü mənim həyat yoldaşım Xudiyev Ələsgər Xudu oğlunu Göyçay Rayon Polis Şöbəsinə aparıb 1 həftə saxlayıb sərbəst buraxdılar.

Həmin vaxt mərhum Sahib Abbasovun yoldaşıma məxsus qanunu ov  tüfəngindən açılan atəşlə öldürülmədiyi ekspertiza rəyi ilə  subut olunmuşdur.Göyçay rayon hüquq mühafizə orqanları qətl cinayət hadisəsinin üstünün açılmasında səriştəsiz olduqları üçün 4 ay sonra heç bir qanunu əsas olmadan həyat yoldaşım Xudiyev Ələsgəri Göyçay Rayon Polis Şöbəsinə aparıb ağır işgəncə verib özlərinin tərtib etdikləri yalan ifadələrə  imza etməyə məcbur ediblər. Həyat yoldaşıma olmazın işgəncə veriblər.Onu ağır dözülməz  işgəncə altında yalan ifadələrə imza etdirib törətmədiyi ağır cinayəti boynuna qoyublar. Övladımı və məni həbs edəcəkləri ilə  hədələyib özlərinin tərtib etdikləri yalan ifadələrə imza etdiriblər.Bu misli görünməmiş qanunsuzluq və tarixə düşəcək bir ağır cinayətdir ki, Göyçay RPŞ-də bizə qarşı ediblər. Göyçay rayon sakini Sahib Abbasovu mənim həyat yoldaşım Xudiyev Ələsgər Xudu oğlu qətlə yetirməyib, bu tam yalandır.

Bizim mərhum Sahib Abbasovla heç bir ədavətimiz , düşmənçiliyimiz və qərəzçiliyimiz olmayıb. Mərhum Sahib Abbasova  məxsus Göyçay rayonu Alpoud kəndində yerləşən çörək bişirmə sexində həyat yoldaşım və mən cəmi 4 gün işləmişik.Çörək satılmadığı üçün işlədiyimiz 4 -cü gün Sahib Abbasov bizə bildirdi ki, sabah işə gəlməzsiniz çörək yığılıb qalıb lazım olsa özüm sizə zəng edəcəm.Heç bir narazılıq, qərəzçilik olmayıb.4 gündə necə onunla aramızda qərəzçilik yarana bilər ki ? Bu tam yalandır ki, guya mərhum Sahib Abbasov bizi işlədib pulumuzu vermədiyi üçün ondan qisas almaq məqsədi  ilə həyat yoldaşım Ələsgər Xudiyev özünə məxsus yox başqa şəxsə məxsus silahla onu qətlə yetirib.Bunlar hamısı tam yalan, qondarma və saxtakarlıqdır. Səriştəsiz olduqları üçün qətl cinayətinin üstünü aça bilmədiklərindən ağır dözülməz işgəncələrlə törətmədiyi cinayəti günahsız həyat yoldaşımın boynuna qoyublar.Bu tam qanunsuzluq, vəhşilik və özbaşınalıqdır.

Həyat yoldaşım Xudiyev Ələsgərə Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 iyul 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 120.1 və 229.1-ci maddələri ilə təqsirli bilinib 13 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilib.Cəzasını hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 saylı Cəzaçəkmə Müəssisəsində çəkir.

Oğlum Mütalibin şəhid olmasını həbsdə eşidən atanın hansı hislər keçirməsini təsəvvür etmək mümkün deyil.Çünki Ələsgər törətmədiyi cinayətə görə şərlənərək həbsə atılıb. Şərlənərək həbsə atılan və oğlunun dəfnində iştirak edə bilməyən şəhid atasının fəryadını bəlkə indi eşidilər.

Hörmətli cənab Prezident !

Sizdən çox-çox xahiş edirəm, and verirəm şəhidlərin ruhuna  yazdıqlarımı tam, hərtərəfli və obyektiv araşdırıb, qətil cinayəti törətməmiş günahsız məhkum olunan həyat yoldaşım Xudiyev Ələsgər Xudu oğlunun azadlığa çıxmasına köməklik göstərəsiniz.

Əlaqə telefonu;051 441-82-13

"Bizə nə mənzil ,nə də ki, şəhid üçün veriləcək 11000 manat lazım deyil,şərlənərək həbsə atılmış həyat yoldaşımın...""Bizə nə mənzil ,nə də ki, şəhid üçün veriləcək 11000 manat lazım deyil,şərlənərək həbsə atılmış həyat yoldaşımın...""Bizə nə mənzil ,nə də ki, şəhid üçün veriləcək 11000 manat lazım deyil,şərlənərək həbsə atılmış həyat yoldaşımın...""Bizə nə mənzil ,nə də ki, şəhid üçün veriləcək 11000 manat lazım deyil,şərlənərək həbsə atılmış həyat yoldaşımın...""Bizə nə mənzil ,nə də ki, şəhid üçün veriləcək 11000 manat lazım deyil,şərlənərək həbsə atılmış həyat yoldaşımın...""Bizə nə mənzil ,nə də ki, şəhid üçün veriləcək 11000 manat lazım deyil,şərlənərək həbsə atılmış həyat yoldaşımın...""Bizə nə mənzil ,nə də ki, şəhid üçün veriləcək 11000 manat lazım deyil,şərlənərək həbsə atılmış həyat yoldaşımın..."
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi