Britaniya BMT TŞ-də Bakını niyə müdafiə etmədi?

Britaniya BMT TŞ-də Bakını niyə müdafiə etmədi? 

Böyük Britaniyanın Azərbaycanda iqtisadi maraqları, BP şirkətinin Xəzərdə böyük yatırımları və milyardlarla qazancı olmasaydı, bəlkə də bizim üçün Londonun Parisdən fərqi olmayacaqdı.

London İkinci Qarabağ müharibəsində Fransa kimi mövqe sərgiləmədi. Ancaq nə baş verdi ki, London bu dəfə “əbədi maraqlarına” tərs addım atdı?

Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Böyük Britaniyanın BMT Təhlükəsizlik Şurasındakı təmsilçisi eyni ilə digərləri kimi Azərbaycana “yolun açılmasıyla” bağlı çağırışa qoşulub:

“Halbuki Böyük Britaniyanın təmsilçisi balanslı mövqedən çıxış edə bilərdi. Etmədi. Görünür, Londondan təlimat belə imiş. Azərbaycanın Böyük Britaniyadakı səfiri kimdirsə, bu mövzuda ada rəsmiləri və diplomatlarıyla görüşlər keçirməli, Londonun mövqeyindəki dəyişikliyin səbəblərini öyrənməlidir. Böyük Britaniyanın BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olması səbəbindən Londonun Azərbaycanla tərəfdaşlıqdan qopmamasına çalışmalıyıq”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi