Bu futbolçular Azərbaycan millisindən qovuldu

Bu futbolçular Azərbaycan millisindən qovuldu 

Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.

AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, üç futbolçu - Xəyal Fərzullayev ("Sumqayıt"), Qurban Səfərov ("Şamaxı") və Elcan Əbilov ("Neftçi") heyətdən kənarlaşdırılıb. Onlar nizam-intizam qaydalarını pozduqlarına görə baş məşqçi Miloş Velebitin qərarı ilə yığmadan qovulublar.

 

Əvəzində "Qəbələ" klubunun üzvü - qapıçı Məmməd Muradov heyətə cəlb olunub.

 

Qeyd edək ki, U-19 iyunun 7-də və 10-da Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi