Bu rektorla heç kim bacarmır-

Bu rektorla heç kim bacarmır- Vəziyyət dözülməz həddədir,GDU rəhbərliyi isə işçilərdən pul yığır... - İDDİA

"Gəncə Dövlət Universitetində əvvəlki illərdən vüsət alan qanunsuzluqlar seriyası davam etməkdədir.Nə barəsində edilən şikayətlər,nə də haqqında yazılan tənqidi yazılara məhəl qoymayan universitet rektoru Yusif Yusibov neqativ hallara rəvac verməkdə davam edir".

Bu barədə DİA.AZ-a göndərilən məqalədə qeyd olunur.

Məqalədə daha sonra bildirilir: "Məlum olduğu kimi,koronovirus təhlükəsindən qorunmaq üçün,yoluxma hallarının sayını minimuma endirmək üçün respublikamızın bütün təhsil müəssisələrində tədris prosesi tamamilə dayandırılıb.Bundan başqa , bütün işçilər aprel ayının 29-na kimi məzuniyyətə buraxılıblar.Lakin,rektor Yusif Yusibov bütün bu qanunları pozur.Rektor deyir ki,mən nəyə görə işçilərə müftə yerə maaş verməliyəm??? Tədris yoxdur,lakin bütün müəllimlər,laborantlar ,digər tədris-köməkçi heyəti,bir sözlə universitetin bütün əməkdaşları məcburi işə gəlməlidir. Kafedra müdirləri və dekanlar zəng edib bütün işçiləri məcburi qaydada işə çağırır.

Bundan sonra isə 70 yaşını çoxdan keçmiş, universitetə çəkələtlə gələn, yeriməyə çətinlik çəkən, amma özünü Gəncə şəhərinin birinci xanımı hesab edən deputat Musa Urudun bacısı, Kəpəz rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyevin qaymaması Gülsüm Fətəliyeva əlinə bir dəftər alıb işçilərin davamiyyətini yoxlayır. Bu o Gülsüm Fətəliyevadır ki, Xocalı faciəsinin ildönümünə həsr olunmuş tədbirdə çaşıb deyir ki,Sizin Xocalı bayramınızı təbrik edirəm.Bu sadəcə biabırçılıq idi.Hüşu özündə olmayan,dedikləri sözün mənasını dərk etməyən bu adam prorektor vəzifəsini daşıyır.

Yusif Yusibovun daha bir özbaşınalığı da meydana gəlib.Rektor göstəriş verib ki,kafedra müdirləri və dekanlar bir aylıq maaşını tam şəkildə,bütün müəllim və laborant heyəti isə maaşının 50 faizini gətirib Fəxrəddin Həsənova və Şahin Xurşudova verməlidir. Guya, bu şəxslər yığılan pulu koronavirusla mübarizə fonduna keçirəcək. Maraqlıdır,müəllimlərin maaşının onsuz da az olduğu bir vaxtda,onun maaşını bu rüşvətxorlar əlindən bəhanə ilə alır.Sual olunur,bəs bu bədbəxtlər nə ilə dolanacaq,ailəsini necə saxlayacaq???

Hər il rektor F.Həsənovun əli ilə tədris binalarının cari təmiri üçün fakültə dekanlarından 2000 manatdan pul yığır.8 fakültə və 3 şöbənin olduğunu nəzərə alsaq,bu məbləğ 22000 manat vəsait edir.Bu qədər vəsaitlə yalnız tədris binalarının koridorunun döşəməsi sıyrılmadan kirli vəziyyətdə, yüngül formada laklanır. Ona görə ki,F.Həsənov pulu yığır,başqa usta çağırmağa icazə vermir,deyir mənim öz adamlarım bu işi yerinə yetirəcək.Beləliklə,həmin laklanma prosesinə uzağı 500 manat xərclənir,qalan vəsait isə Y.Yusibov və F.Həsənov tərəfindən mənimsənilir.

Təkcə GDU-nun yataqxanasının təmirinə rektor hər dekandan 7000 manat pul yığdırıb. 8 fakültə,3 şöbədən yığılan pul 77000 manat edir,halbuki,yataqxananın təmirinə cənab Prezident 8 milyon manat vəsait ayırmışdı.

Universitetin professor-müəllim heyəti isə qəpik-quruşa möhtac qaldığından barmaq sorur".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi