Bu şəxslər 200 manat cərimələnəcək - Akademik

Bu şəxslər 200 manat cərimələnəcək - Akademik 

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurası ölkə rəhbərinin dil siyasətini həyata keçirəcək.

Faktinfo.az-ın məlumatına görə,bunu Kult.az-a açıqlamasında Baş nazir Əli Əsədovun sərəncamı ilə yeni yaradılan şuranın rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu təzə qurumun görəcəyi işlər barədə danışarkən deyib. Onun sözlərinə görə, xüsusi tədbirlər planı hazırlanacaq:

“Cənab Prezident dəfələrlə bildirib ki, əcnəbi sözlər dilimizdə yerli-yersiz işlənir. Ona görə də biz bu istiqamətdə müxtəlif işlər görəcəyik. İlk növbədə Tədbirlər Planı hazırlayacağıq. Reklam Agentliyində, mətbuat qurumlarında həmin problemləri tənzimləməyə çalışacağıq”.

Möhsün Nağısoylu bildirib ki, tənzimləmə mexanizmlərindən birini Milli Məclis qəbul edib:

“Həmin qanunda göstərilir ki, dildə fonetik normaların pozulmasına görə 200 manat cərimə nəzərdə tutulur. Müxtəlif təbəqələr üçün bu cərimə dəyişir, amma 200 manatdan başlayır. Leksik və qrammatik normaların pozulmasına görə də müəyyən cəzalar ola bilər. Bu barədə məsləhətləşib qərar qəbul edəcəyik”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi