Cavid Qurbanov özünü niyə reklam etdirir... - XEYRİ OLMAYACAQ!

Cavid Qurbanov özünü niyə reklam etdirir... - XEYRİ OLMAYACAQ! 

Keçən günlərdə məlumat verərək bildirmişdik ki, 2021-ci ildə də hakimiyyət kadr islahatlarını davam etdirəcək və bu il daha iki mühüm postda dəyişiklik gözlənilir.

Xəbərdə onu da qeyd etmişdik ki, növbəti ələmədə onlarla icra başçısının kürsüdən atılması ilə yanaşı, iki yüksək ranqlı məmur da görəvindən ayrılmalı olacaq.

Mənbə dia.az-a bunlardan birinin kimliyini də açıqlayıb: "Bu  ölkənin baş dəmiryolçusu Cavid Qurbanovdur. Onun da adı kifayət qədər qaranlıq olaylarda hallanmaqdadır. Onun hazırda sığındığı çevrələr belə bu gün Cavid Qurbanovu qorumaqda yetərli hesab olunmur.

Burada daha çox diqqətçəkən isə onun  iqtidar komandasında "yamaq" kimi görünməsidir".

DİA.AZ-a son olaraq danışan mənbə iddia edir ki,son günlər Cavid müəllimin təbliğat maşını yaxşı işləyir. Onun haqda elə bir rəy yaradırlar ki, guya Cavid Qurbanov Qarabağın azadlığında müstəsna rol oynayıb. Yəni yazılanlardan, deyilənlərdən belə anlaşılır. Hətta icra başçılarından biri Cavid Qurbanovu elə tərifləyir ki, sanki ADY rəhbəri az qala hər gün səngərdə yatıbmış... Bunu da baş dəmiryolçunun MX işçiləri təbliğat vasitəsi kimi ayrı-ayrıl saytlara ötürürlər... Amma bu cür təbliğat belə Cavid Qurbanovu xilas etməyəcək. Çünki qatar artlq çoxdan gedib..."

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi