Çavuşoğlu: “Kipr adasındakı ehtiyatlarda Kipr Türk xalqının da haqqı var”
Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu və Estoniyanın Xarici İşlər Naziri Sven Mikser görüş sonrası birgə mətbuat konfransı təşkil ediblər.
Faktinfo.az xəbər verir ki, Nazir Çavuşoğlu Cənubi Kipr Rum rəhbərliyinin Şərqi Aralıq dənizində tək tərəfli olaraq davam etdirdiyi karbohidrogen yatağı fəaliyyəti haqda suala "Kipr Rum rəhbərliyinin tək tərəfli olaraq burada addım atması doğru deyil. Çünki Kipr adası ətrafındakı ehtiyatlarda Kipr Türk xalqının da haqqı vardır." cavabını verib.
İsveçrənin Krans-Montana şəhərindəki Kipr müzakirələri davam edərkən Rum rəhbərliyinin belə bir addım atmasının “Onların planı bu idi ki, bu prosesi 12-dək uzatsınlar və təxirə salsınlar. Tək tərəfli atdıqları addım qarşısında Türkiyə və KKTC təbii ki laqeyd qalmayacaqdı və buna uyğun hərəkət edəcəkdi. Onlar bunu bəhanə göstərərək danışıqlar masasından qalxacaqdılar. Biz bu planı görmüşük. Amma istədikləri kimi olmadı. " deyə nazir bildirib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Guterresin Kipr Konfransına bu şəkildə davam edilə bilməyəcəyi qərarı verdiyini xatırladan Çavuşoğlu, "Yəni burada yaxşı niyyət yoxdur. Onlar 2004-cü il referendumunda Annan Planını rədd etdilər, bununla belə onlara sanksiya tətbiq edilmədi, əksinə onları mükafatlandıraraq Avropa Birliyinə qəbul etdilər “deyərək daha nüfuzlu qurumları ittiham edib.
Bu xəbər üçün şərh yazın