ÇEÇENLƏR ETİRAZLARA QALXDI – Putin “OMON”-çuları göndərdi
Çeçenistan lideri Ramazan Kadırovun hərbçiləri ilə Ukrayna müharibəsinə getməkdən imtina edən çeçenlər arasında qarşıdurma baş verib.
AzPolitika.info beynəlxalq KİV-lərə istinadla xəbər verir ki, Putinin “səfərbərlik” qərarıyla cəbhəyə göndərilməyə çalışılan çeçenlər müxtəlif silahlarla, əl qumbaraları ilə təchizatlanaraq, Kadırovun hərbçilərinə müqavimət göstərməyə çalışıblar.
Hadisədən sonra Rusiya Milli Qvardiyasının xüsusi təyinatlı polis bölməsi olan- “OMON” qrupları təcili olaraq əraziyə göndərilib. Vəziyyət baradə Vladimir Putinə məlumat verilidiyi qeyd olunur.
Ramazan Kadırov bu mövzu ilə bağlı açıqlama verməsə də, o, daha öncə 70 mindən çox çeçen döyüşçünün Ukraynaya göndəriləcəyini bildirmişdi.
Qeyd edək ki, beynəlxalq KİV-lər Çeçenistanda baş verənlərin vətəndaş müharibəsinə çevrilə biləcəyini vurğulayırlar.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın