CHP millət vəkili aparıcını həbs etdirdi
Türkiyənin “Akit TV” kanlında yayımlanan “Gün başlayır” proqramının aparıcısı Ahmet Keser verilişində işlətdiyi ifadələrə görə 1,3 il həbsə məhkum edilib.
“Anadolu” agentliyi xəbər verir ki, “xalqı kin və düşmənçiliyə təhrik etmək, bilərək təhqir etmək” ittihamı ilə günahlandırılan aparıcının cəzası vəkilinin tələbinə baxmayaraq, təxirə salınmayıb.
Xatırladaq ki, Ahmet Keserin verilişi efirə getdikdən sonra CHP millət vəkili Ərən Ərdəm məhkəməyə müraciət edərək aparıcıdan şikayətçi olmuşdu./Qafqazinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın