Çin yuanı ucuzlaşıb –2008-ci ilin mart ayından bəri ən aşağı həddə düşüb
Çin Xalq Bankı (Mərkəzi Bank) bu gün ABŞ dollarının məzənnəsi 7,0883 yuana bərabər müəyyən edib.
Bu, Amerika valyutasının 13 mart 2008-ci ildən bəri ən yüksək məzənnəsidir.
Başqa sözlə, Çinin milli valyutasının məzənnəsi son 11-12 ilin ən aşağı həddinə düşüb.
Bununla belə, yerli ekspertlər yuanın ucuzlaşmasından narahat deyil. Çinin Sosial Elmlər Akademiyasının üzvü Yuy Yundin bildirib ki, dolların 6,9 və yaxud 7,1 yuana bərabər olmasının elə bir əhəmiyyəti yoxdur və ölkə iqtisadiyyatına mənfi təsir etməyəcək.
“Sadəcə iqtisadi gücümüzə inanmaq lazımdır”, – o qeyd edib. /report.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın