Çörək zavodundan pul oğurlandı
Bakıda çörək zavodunun direktorunun otağından pul oğurlanıb.
Hadisə paytaxtın Yasamal rayonunda yerləşən Muğan ASC-yə məxsus çörək zavodunda qeydə alınıb.
Belə ki, ASC-nin direktoru Kamil Mirişovun xidməti kabinetindən 4000 manat pul oğurlanıb.
Daha sonra bu barədə hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edilib.
Faktla bağlı hadisəni törədən şəxs və ya şəxslərin axtarışları aparılır.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın