Daha 8 nəfər dönərdən zəhərləndi
Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib.
Faktinfo.az xəbər verir ki,Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu Report.az-a açıqlamasında hadisənin ötən gün “28 Mall” Ticarət Mərkəzinin yaxınlığında dönərxanalardan birində baş verdiyini bildirib.
Onun sözlərinə görə, orada gün ərzində dönər alan 8 nəfər zəhərlənmə diaqnozu ilə mərkəzə müraciət edib: “Zəhərlənənlərdən biri qadın, 7-si kişi, digər biri isə yeniyetmə olub. Hazırda onlardan biri evə buraxılıb,digərilərinin müalicəsi davam etdirilir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın