Daha bir körpə ölümü- Tərtərdə körpə doğuş zamanı ölüb
Tərtərdə uşaq ölümü baş verib.
Hadisə Tərtər Mərkəzi Rayon Xəstəxanasında qeydə alınıb. Rayonun Borsunlu kənd sakini, 1997-ci il təvəllüdlü İlahə Eldar qızı Axundova doğuş məqsədi ilə xəstəxanaya daxil olub. Doğuş zamanı körpə ölüb.
Faktla bağlı Tərtər rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (apa)
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın