Daha bir məmur oğlunun lüks avtomobilləri - FOTOLAR

Daha bir məmur oğlunun lüks avtomobilləri - FOTOLAR 

Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Məmmədovun oğlu Nicat Məmmədov sosial şəbəkələrdə dəbdəbəli yaşam tərzini əks etdirən fotolar paylaşıb.

BakuPostşaz xəbər verir ki, bu barədə azfakt.com saytı məlumat yayıb.


Məlumatda vurğulanır ki, Nicat Məmmədov bu şəkilləri "İnstaqram"da paylaşıb. 


Hazırda "İnstagram"da ona məxus 333 profili fəaliyyət göstərir. O, burada özünün bahalı avtomobillərini, dəbdəbəli həyatını nümayiş etdirir. 


Sayt yazır ki, Məmmədovun oğuna məxsus 4 (dörd) avtomobil var. Bunlar "Mersedes-Bens", "Lexsus" "Prado" və "Niva" markalı avtomobillərdir. Bu avtomobillərin qiyməti isə üst-üstə təxminən 200 min manat civarındadır.


İlham Məmmədov hazırda Bərdə Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiridir. 


İlham Məmmədovla əlaqə saxlamağa cəhd etsək də, mövzuya münasibət öyrənə bilmədik.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər