DANIŞIQLARIN NƏTİCƏSİ OLMAYACAQ! – Paşinyan belə deyir…

DANIŞIQLARIN NƏTİCƏSİ OLMAYACAQ! – Paşinyan belə deyir… 

Xarici KİV-lərin yaydığı xəbərə görə, mayın 13-də Brüsseldə Avropa İttifaqı «Şərq tərəfdaşlığı» proqramının 10-cu ildönümünə həsr olunmuş konfrans çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında qısa görüş olub.

 Bu barədə Paşinyan «Radio Azatutyun» («Azadlıq Radiosu») radiosuna danışıb.«Hər-hansı münaqişəni istisnasız olaraq, münaqişə tərəflərinin yalnız birinin maraqlarına istiqamətlənməklə həll etmək mümkün deyil. Ona görə də mən, hesab edirəm ki, tənzimləmə məsələsində ən mühüm maneə Azərbaycanın Qarabağla danışmaq istəməməsi mövqeyidir. Həqiqət ondan ibarətdir ki, bu münaqişənin üç tərəfi var – Azərbaycan, Dağlıq Qarabağ və Ermənistan. Biz, hesab edirik ki, münaqişənin həlli üçün münasib danışıqlar çərçivəsinin yaradılması çox vacibdir»– deyə, Paşinyan bəyan edib.

Azərbaycan Prezidenti ilə bu barədə danışıb-danışmaması sualına cavab verən Nikol bildirib: «Bəli, cari situasiyada bu qısa danışıq oldu».

«Əminəm ki, danışıqlar davam edəcək. Çox vacibdir ki, Dağlıq Qarabağ danışıqlar masasına qayıtsın. Dağlıq Qarabağsız problemin real tənzimlənməsi mümkün deyil» – deyə, Paşinyan bəyan edib.

Bax, belə – 25 ildən sonra Ermənistan tərəfi növbəti dəfə sübut etdi ki, işğal etdiyi Azərbaycan torpaqlarından öz xoşu ilə çıxmaq fikrində deyil, danışıqlara isə sadəcə, vaxt ötürmək «alət»i kimi baxır!

Beləliklə, «Yasin oxumaqla, donuz darıdan çıxası deyil…» deyimi təcrübədə bir daha öz təsdiqini tapmış oldu.

Bəs, Azərbaycan tərəfi nə düşünür? Bu sual 25 ildir ki, açıq qalmaqdadır…/AzPolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər