Deputat İqbal Məmmədov Ramazan bayramı münasibəti ilə xalqımızı təbrik edir
78 saylı Lerik Seçki Dairəsindən VI çağırış Milli Məclisə deputat seçilmiş İqbal Məmmədov Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edir. Faktinfo.az-a göndərilən təbrik məktubunda qeyd edilir:
Hörmətli həmvətənlər !
Müqəddəs RAMAZAN bayramı münasibəti ilə körpələri,uşaqları,anaları,ataları,qardaş və bacıları ürəkdən təbrik edirəm, xalqımızın "on bir ayın sultanı" olan bu ayda dualarının qəbul olunmasını Allahdan diləyirəm.
Əziz xalqım,hörmətli seçicilərim!
Həmişə olduğu kimi Ramazan ayında da ULU TANRINI sevmək,islami qaydalara riayət edib oruc tutmaq,birlikdə həmrəylik nümayiş etdirmək hər bir müsəlmana xas olan cəhətdir. Göstərdiyiniz əzmə,imkansızlara etdiyiniz yardım və yaxşılıqlara görə ALLAH sizləri həyatda nagüman qoymasın.
Ramazan ayının başa çatmasının özəlliyindən biri bütün müsəlmanların bir-birini təbrik edib,kasıblar üçün fitrə zəkatı verməsidir.Bu xalqımıza öz ruzisindən paylaşmaq,bölüşmək üçün imkanlar yaradır.Kasıb,imkansız zümrənin insanları da bayram sevincini yaşayır.Nəticədə hər bir müsəlman bir addım da paklığa,xeyirxahlığa yaxınlaşmış olur,beləliklə, özündə mənəvi rahatlıq tapır. Bu adətləri yaşadıb, davam etdirdiyiniz üçün ,RAMAZAN BAYRAMINIZ mübarək olsun.Bayramınız həm də ona görə mübarək olsun ki,qərinələr keçsə də bu əziz ayın adət və ənənələrini paylaşmaq zərurətini nəsillərdən-nəsillərə ərməğan edirsiniz, ALLAHI sevmək prinsiplərini qoruyaraq saxlayırsınız.
Bu münasibətlə xalqıma can sağlığı arzulayıram,müqəddəs bayram münasibəti ilə dua və diləklərinizin ALLAHIN dərgahında nazil olmasını diləyirəm. Arzu edirəm ki, süfrəniz ruzi-bərəkətli olsun,səadət dolu günlər yaşayıb,növbəti ilin RAMAZAN BAYRAMINI həm də,torpaqlarımızın işğaldan azad olunduğu gün kimi qeyd edəsiniz.
RAMAZAN BAYRAMINIZ MÜBARƏK OLSUN!
İqbal Məmmədov
Milli Məclisin deputatı
Bu xəbər üçün şərh yazın