Deputat qiymət artımından danışır, ancaq hədəf göstərmir
Qiymətlərə istənilən səviyyədə nəzarət edilmir.İqtisadiyyat Nazirliyinin aidiyyəti şəxsləri qiymət artımı gündəmdə olanda “təlatüm”ə səbəb olmayacaq ifadələr işlətməklə kifayətlənir.
Hər dəfə hökumət üzvüləri süni qiymət artımına yol verilməməsinə dair çağırışlarından sonra müəyyən şəxslər həmin fikri təkrarlamaqla məşğul olur, növbəyə düzülür, vəzifələrini bununla bitmiş hesab edirlər. İqtisadiyyat Nazirliyi də həmçinin.
Hətta, ötən həftə Milli Məclisə 11 saylı Qaradağ rayon Seçki Dairəsindən deputat seçilən Aydın Hüseynov da təkrarladı ki,qiymət artımına yol vermək olmaz. Açığı,A.Hüseynovun bu çıxışına xalqa canıyananlıq deməzdim. Çünki, belə gecikmiş və təkrarçılıqla səslənən fikirlər Aydın Hüseynov və digər deputatlar üçün gündəmə gəlmək, gündəmdə qalmaq kimi başa düşülür. Səbəbi də odur ki, artıq hamı, sıravi jurnalistlər belə bundan çoxunu yazır, hətta iqtisadi əsaslandırma ilə gündəmdə olurlar. Məsələn, Aydın Hüseynov deyir ki, ərzaq təminatı yüz faiz daxili bazar hesabına olmalıdır. Amma, Aydın Hüseynov bir neçə cümlə ilə iqtisadi əsaslandırmanı ifadə etmir, bunun yolları barədə danışmır. Adətən, belə çıxışlar cəmiyyət həyatında “mən də varam” və ya “görürsüz ki, səsim çıxır”dan o yana keçmir.Aydın Hüseynova isə xatırlatmaq istəyirik ki, qiymətlər durmadan artır. Artıq,nəinki gündəlik zəruri ərzaq malları, hətta ayda, ildə bir dəfə lazım olacaq malların da qiyməti yüz faiz qalxıb. O danışmaq istəyirsə, danışsın, ona heç kim məhdudiyyət qoya bilməz. Amma, səmimidirsə, xalqa canıyananlıqla danışırsa konkret süni qiymət artımı ilə məşğul olan onlarla topdan satış mərkəzi tanıyır, onlardan birini ifşa etsin,necə ki,Milli Məclisdə deputat həmkarları Zahid Oruc, Fəzail Ağamalı dəfələrlə “Azərsun”u “topa tutublar”.
Fuad İsgəndərov
Faktinfo.az
Bu xəbər üçün şərh yazın