Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Udin icmasının nümayəndələri ilə də görüşdü
Yanvarın 30-u günün ikinci yarısında 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputatlığa namizəd Aqiyə Naxçıvanlı rayonun udin icmasının nümayəndələri ilə də görüşüb.
Namizədin seçki qərargahından Faktinfo.az-a verilən məlumata görə,görüşdə Aqiyə xanım icma üzvlərini salamlayaraq onlarla görüşdən məmnunluğunu bildirib. O qeyd edibki, bu gün Azərbaycan bütün dünyada multikultural, tolerant ölkə kimi tanınmaqla yanaşı, təkcə mədəniyyətlərarası deyil, həm də dinlərarası dialoqun mərkəzinə çevrilib. Udinlər bu illər ərzində Azərbaycan ərazisindəki türkdilli qəbilələrlə də qaynayıb-qarışaraq əsrlər boyu dinc şəraitdə yaşamaqla bərabər özlərinin mədəniyyətini, adət-ənənələrini, dini inanclarını, ən əsası isə dillərini qoruyub saxlayıblar. Bu gün də dövlətimiz Azərbaycanda yaşayan bütün azsaylı xalqlar üçün zəruri şərait yaradır.
Söz alaraq çıxış edən icma üzvlərindən -Romella Qumbraşvili, Sveta Ağababayeva, Nikolay Toskoynov, Lida Kumsiyeva və başqaları ilk növbədə onlara yaradılan dinc şəraitə görə dövlət başçısı İlham Əliyevə dərin minnətdarlıqlarınıifadə ediblər.
Onu da qeyd ediblər ki, Azərbaycan milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hərtərəfli inkişafını təmin edən demokratik ölkədir. Uzun illər azərbaycanlılarla birgə yaşadıqları bu rayonda bir-birlərinin tədbirlərində iştirak edirlər. Bu ənənəni illərdir qarşılıqlı şəkildə qoruyub saxlayır və yeni-yeni nəsillərə ötürürlər.
İcma üzvləri Aqiyə xanıma bu günkü görüşün onlar üçün çox önəmli olduğunu bildirməklə bərabər ona seçkilərdə uğurlar arzulayıblar.
Bu xəbər üçün şərh yazın