“DİSSERTASİYA İŞİ YARARSIZ OLDUĞUNDAN...” – Professor, akademik Ramiz Mehdiyevi saxtakarlıqda ittiham edir

“DİSSERTASİYA İŞİ YARARSIZ OLDUĞUNDAN...” – Professor, akademik Ramiz Mehdiyevi saxtakarlıqda ittiham edir 

“Ramiz Mehdiyev öz şəxsi bioqrafiyasını belə saxtalaşdırıb. Mənim dəqiq yadımdadır ki, o, 1993-cü ildə Prezident Aparatına Ümumi şöbəyə müdir vəzifəsinə təyin olundu. Amma bu fakt onun bioqrafiyasında saxtalaşdırılaraq 1994-cü il kimi göstərilib”.

AMEA Fəlsəfə İnstitutunun baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru, professor Əbülhəsən Abbasov belə deyib. O, “Ovqat.com” saytına açıqlamasında bu barədə danışıb. 

Professorun sözlərinə görə, akademikin bu saxtakarlığı səbəbsiz deyil: “Ramiz Mehdiyev o zamana qədər elmi işini müdafiə edə bilmirdi. Hazırladığı dissertasiya işini yararsız olduğundan dəfələrlə Elmi Şura tərəfindən geri qaytarılmışdı. PA-ya işə girdikdən sonra 1993-cü ildə öz elmi işini Elmi Şuraya qəbul etdirən Ramiz Mehdiyev, fəlsəfə elmləri üzrə doktorluq adını aldı. Təzyiqlə elmi ada yiyələnməyini ört-basdır etmək üçün isə PA-ya işə qəbul olunması tarixini saxtalaşdırıb”.

Bütün bunlara baxmayaraq, adının qarşısına “Nyu-York Elmlər Akademiyasının üzvü” və s. kimi titullar yapışdıran Ramiz Mehdiyevin bu saxtakarlığını Akademiyanın rəsmi saytında dərc olunan bir yazının ortaya çıxardığını bildirən Ə.Abbasov, deyib: “Bu yaxınlarda AMEA-nın rəsmi saytında AMEA-nın akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidinin bir yazısı dərc olunmuşdu. “Azərbaycan Milli Elmlər Akademiyası, rəhbəri və əməkdaşları haqqında” sərlövhəli yazıda Solmaz xanım çox açıq şəkildə bildirir ki, Heydər Əliyev hakimiyyətə gələn kimi Ramiz Mehdiyev də onun yanına – PA-ya getdi. Sirr deyil ki, Heydər Əliyev 1994-cü ildə yox, 1993-cü ildə hakimiyyətə gəlib. Solmaz xanım da etiraf edir ki, Ramiz Mehdiyev məhz həmin dövrlərdə PA-da işə başlayıb”. 

Qeyd edək ki, hörmətli filosofun bəhs etdiyi həmin yazıda deyilir: “Ramiz müəllim 5 il bu şöbənin müdiri işlədi. İnstitutun rəhbərliyi həmin dövrün tez-tez dəyişən siyasi konyukturasına uyğun olaraq ilk vaxtlar onun özünə və bu səbəbdən şöbəmizin işinə qərəzli “tənqidi”, bəzən olduqca ədalətsiz münasibət bəsləsə də, Ramiz müəllim əməkdaşlarımızın da müdaxiləsi ilə, özünə və şöbəmizə olan bu münasibəti dəyişə bildi. Artıq Heydər Əliyev ölkə rəhbərliyinə gələndə, Ramiz müəllim də Prezident Aparatına işə qayıdanda bu adamların onun qarşısında özlərini necə fərqli apardığını, doktorluq dissertasiyasının müdafiəsi zamanı isə şəninə nələr söylədiyini görmək lazım idi. Odur ki, Ramiz müəllim üçün bu münasibət “dəyişiklikləri” yeni olmasın gərək”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi