Diyeqo Maradonanın evi hələki müştərisini gözləyir
Məşhur futbolçu Diyeqo Maradonanın hərraca çıxarılmış əmlakının böyük qismi satılıb.
Bu barədə hərracı təşkil edən Adrian Merkado mətbuata bildirib. Merkadonun dediyinə görə, onlayn hərraca ümumilikdə 90 əşya çıxarılıb. Hərracdakı malların start qiyməti 50 ilə 900 000 dollar arasında dəyişib. Təklif olunan əşyalardan yalnız 900 000 dollar dəyərindəki evlə 140 min dollar start qiyməti olan avtomobilə müştəri tapılmayıb.
“Le Monde”un xəbərinə görə, ötən il başlayan hərrac ilk dövrdə ciddi marağa səbəb olmayıb. Cəmi 1500 nəfərin iştirak etdiyi onlayn satışlarda 26 000 dollarlıq mal satılıb. Bundan sonra təşkilatçılar müddəti 1 yanvaradək uzatmağa qərar veriblər. Bununla belə, məşhur futbolçunun təxminən 1.42 milyon dollarlıq mirası hələ də müştəri gözləyir. Turizm zonasında yerləşən 45 kvadrat metrlik evin 65 000 dollara satılacağı gözlənilir.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın