Dövlət başçısı bu jurnalistləri təltif etdi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medallları ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə təltif edilən hərbi qulluqçular arasında iki nəfər jurnalist də var.
Bunlar “Kaspi” qəzetində baş redaktor müavini Məğrur Əliyev, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı, əvvəllər müxtəlif KİV-lərdə müxbir, redaktor, baş redaktor müavini vəzifələrində çalışmış Araz Ağayevdir. Onlara “Füzulinin azad olunmasına görə” medalı verilib.
Ölkə başçının dünən imzaladığı sərəncamla isə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunan hərbçilərdən biri jurnalist, Cumhuriyyet.az saytının rəhbəri Nəsimi Şərəfxanlıdır.
Qeyd edək ki, hər üç jurnalist baş leytenant rütbəsindədir.
Bu xəbər üçün şərh yazın