Dünya 3 cəbhəyə bölünüb-Doğu Perinçək
Atlantik dönəmi keçmişi təmsil edir, artıq Avrasiya çağındayıq.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Vətən Partiyasının rəhbəri Doğu Perinçək söyləyib.
“ABŞ-ın dünyanın tək sahibi olmaq iddiası iflasa məruz qalıb. Çoxqütblü dünya reallığı artıq insanlığın gündəmindədir. Avrasiya dövlətləri dünyanın gələcəyini müəyyən edirlər. Avrasiya çağı Atlantik hegemoniyasından, qumarxana kapitalizmindən, neoliberalizmdən fərqli sistemi təmsil edir. Hazırda yeni gələcək üçün mübarizə üç cəbhədə aparılır. Birinci cəbhə Qərbi Asiyadır. Burada Türkiyə, Suriya, İraq, İran və Rusiya birgə fəaliyyət göstərirlər. İkinci cəbhə iqtisadiyyatla bağlıdır. Çin və Hindistan 2016-cı ildə dünya iqtisadiyyatının artımının 58%-nə sahib olublar. Asiya iqtisadiyyatı artıq dünya iqtisadiyyatının lokomotivi halına gəlib. Üçüncü cəbhə isə ABŞ-ın Avropadakı hakimiyyətinə meydan oxuyan Almaniya və Fransadır”, – deyə o bildirib.
Bu xəbər üçün şərh yazın