"Əgər o qızlar bir daha dağlara gedərsə, Allah bu vəzifəni mənə haram etsin" - nazir
13, 14, 15 yaşlarında qızları qaçırıb dağlarda 65, 75 yaşlı iyrənc insanların qarşısına çıxarırlar.
Bu sözləri Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu Qarsda terrorla mübarizə sahəsində görülən işlərdən danışarkən deyib.
“Ana şəfqətinə ehtiyacı olan yeniyetmə qızları dağlara aparıb, onlarla heyvan kimi rəftar edirlər. Kimisinə şalvar, kimisinə ətək geyindirib təhdid edirlər. Qarsda sizlərin qarşısından deyirəm: Əgər o qızlar bir daha dağlara gedərsə, Allah bu vəzifəni mənə haram etsin”, - nazir bildirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın