EIA neftin qiymətləri üzrə proqnozlarını endirib
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) 2020-ci ildə Brent markalı neftin bir barelinin orta qiyməti üzrə proqnozunu endirib.
“APA-Economics”in EIA-ə istinadən verdiyi məlumata görə, EIA 2020-ci ildə Brent markalı neftin bir barelinin orta qiymətinin 62 dollar səviyyəsində olacağını proqnozlaşdırır. Öncə qurum bu göstəricinin 65 dollar olacağını proqnozlaşdırırdı.
Bundan başqa, EIA-nın proqnozlara əsasən, gələn il WTI markalı neftin bir barelinin orta qiyməti 56,5 dollar olacaq (öncəki proqnoz).
Məlumata əsasən, bu ilin avqust ayında Brent markalı neftinin bir barelinin orta qiyməti 59 dollar olub ki, bu da ötən ilin avqustu ilə müqayisədə 13 dollar azdır.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın