Əkrəm İmamoğlu qələbənin bir addımlığında –Bülletenlərin 97 faizi sayılıb
İstanbuldakı etibarsız hesab edilən bülletenlərin yenidən sayılması bitmək üzrədir. Daha dəqiqi, YSK-nın qərarı ilə təkrar sayılması üçün açılan qutuların 97 faizində proses yekunlaşıb.
Türkiyə mətbuatı xəbər verir ki, artıq bir rayon istisna olmaqla, İstanbulun bütün rayonlarında etibarsız hesab olunan bülletenlər tam sayılıb: “YSK (MSK) qərarı ilə səslərin təkrar sayılmasından sonra CHP-nin namizədi Əkrəm İmamoğlu AKP-li rəqibi Binəli Yıldırımı 13.992 səs qabaqlayıb. Hazırda cəmi bir rayon – Maltəpədə səslərin sayılması qalıb ki, burada da cəmi 800-dən bir az çox bülleten sayılacaq”.
Məlumata görə, ortaya fövqəladə hal çıxmazsa, YSK aprelin 13-ü axşamadək Əkrəm İmamoğlunun qələbəsini təsdiqləycək./Strateq.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın