Elektron Təhlükəsizlik Mərkəzi xəbərdarlıq yayıb- “WordPress”in avtomatik yenilənmə siyasəti barədə
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi “WordPress”in avtomatik yenilənmə siyasəti barədə xəbərdarlıq yayıb.
Faktinfo.az xəbər verir ki,mərkəzdən Azərtac-a verilən məlumata görə, “WordPress” komandası “WordPress”in v3.7-v4.6 versiyaları üçün bütün “WordPress” saytlarının təxminən 11,7 faizinə təsir edən təhlükəsizlik problemlərini həll etmək məqsədilə yeni avtomatik yenilənmə siyasətini təqdim edəcək.
Qeyd edək ki, hazırda ən köhnə təhlükəsiz versiya v4.7-dir. Daha köhnə versiyalar zərərli skriptlərin inyeksiyası kimi bir çox zəifliyə həssasdır.
“WordPress” v3.7-ni əvvəlcə minimum dəstəklənən versiya olan v4.7-yə qədər, daha sonra v3.8-dən v4.6-ya qədər avtomatik yeniləməyi hədəfləyir. Sayt sahiblərinə bu avtomatik yeniləmə siyasətindən imtina etmək və ya öz saytlarını mexaniki şəkildə yeniləmək seçimi veriləcək.
Əgər veb-sayt avtomatik olaraq yenilənməzsə, proses geri qayıdır və sayt sahibi “WordPress”dən ən son versiyanı mexaniki yeniləməsi barədə məlumat verən elektron məktub alacaq.
Rəsmi yeniləmələr barədə “WordPress”dən elektron poçt vasitəsilə daha ətraflı məlumat üçün “https://wordpress.org/news” saytına daxil olmaq mümkündür.
Bu xəbər üçün şərh yazın