Əli Həsənovun ofis verdiyi “Sputnik Azərbaycan” Ümumierməni Fonduna külli miqdarda vəsait köçürdü — AÇIQLAMA+FOTO

Əli Həsənovun ofis verdiyi “Sputnik Azərbaycan” Ümumierməni Fonduna külli miqdarda vəsait köçürdü — AÇIQLAMA+FOTO 

İllərdir ki, Prezidentin keçmiş köməkçisi Əli Həsənovun himayəsində olan “Sputnik Azərbaycan” xəbərlər agentliyi Azərbaycan Dövləti tərəfindən maliyyələşsə də ermənilərə xidmət etdiyini yazırdım.

Cavab olaraq Ə.Həsənov və onun şərəf, ləyaqət bilməyən trolları məni və ailə üzvlərimi gah ermənilərin, gah da rusların agenti elan edirdilər.


“Sputnik Azərbaycan”ın rəhbəri, milliyəti bəlli olmayan Əziz Əliyev də Azərbaycanın hesabına şellənib, milli hissləri olan hər kəsdən manqurt düzədirdi, tabe olmayanları isə işsiz-gücsüz qoyurdu.


Şəkildən də görürsünüz ki, Hayastan Ümumierməni Fonduna 100 milyon dollar köçürənlər sırasında əziz əliyevin başçılıq etdiyi “Sputnik Azərbaycan”ın da adı var. 


Hüquq mühafizə orqanları bu halı araşdırıb hüquqi qiymət verməlidirlər.


Tanınmış vəkil
Aslan İsmayılov


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi