ƏLİ İNSANOV YENİ PARTİYA YARATDI:

ƏLİ İNSANOV YENİ PARTİYA YARATDI: 15 nəfərlik TK-nin üzvləri bəlli oldu - SİYAHI

Keçmiş səhiyyə naziri Əli İnsanov siyasi təşkilat yaratdığını elan edib.

Modern.az-ın məlumatına görə, Əli İnsanov Facebook-dakı səhifəsində bəyan edib ki, noyabrın 24-də tərəfdarları ilə toplantı keçirib və Haqq Ədalət Partiyasının Təşkilat Komitəsini yaradıblar:

“Biz təşkilat komitəsinin üzvlərinin 15 nəfərdən ibarət olması barədə qərar qəbul etdik. Səsvermə yolu ilə yekdilliklə Əli İnsanov Təşkilat Komitəsinin sədri, Rəşad Abbaslı isə katibi seçildilər.

Təşkilat Komitəsinin (TK) üzvləri aşagıdakılardan ibarətdir:

1) Əli İnsanov – sədr:

2) İsfəndiyar Vahabzadə-Azərbaycan Respublikasının Fövqəladə və səlahiyyətli səfiri, filologiya elmləri doktoru, professor;

3) Qalibə Budaqova-Bakı Dövlət Universitetinin sabiq əməkdaşı, Bakı şəhəri 23 saylı orta məktəbin sabiq direktoru;

4) Mirədalət Talışxanov-Hüquqşünas, Masallı rayon Məhkəməsinin sabiq sədri, Azərbaycan Respublikası Baş Prokurorunun sabiq köməkçisi;

5) Eyvaz Əliyev- Beyləqan rayon Yeni Azərbaycan Partiyasının sabiq sədri, Beyləqan Rayon İcra Başçısının sabiq müavini;

6) Oruc Muradov-Ukrayna Respublikası Xarkov şəhərində yaşayır, iqtisadçı;

7) İlqar Quliyev-Ekoloq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sabiq əməkdaşı, Azərbaycan Respublikaçılar Partiyasının Sumqayıt şəhər təşkilatının sədri;

8) Babək Adıgözəlov- Hüquqşünas, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının idarə heyyətinin sabiq üzvü;

9) Yalçın Qəhrəmanoglu- Ukrayna Respublikası Kiyev şəhərində yaşayır, iqtisadçı mühəndis, sahibkar, Azərbaycanda Demokratik Qüvvələrin Milli Şurasının üzvü;

10) Əfqan Sadıqlı- jurnalist,Azel tv-nin rəhbəri;

11) Zaur Bayramoglu- Qazi.

12) Murad Muradov- İctimai fəal.

13) Rəşad Abbaslı- Mühəndis, Təşkilat Komitəsinin katibi.

14) Fərrux Binətzadə- Hüquqşünas, keçmiş polis zabiti;

15) Murad Quliyev- İqtisadçı Hüquqşünas, Amerika Birləşmiş Ştatlarında tədqiqatçı”.

Ə.İnsanov qeyd edib ki, iclasda partiyanın təsis konfransına qədər olan dövrdə görüləcək işlər barədə geniş müzakirə aparılıb, partiyanın nizamnaməsi və proqramının yazılıb başa çatdırılması üçün tapşırıqlar verilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi