Əli Kərimli: "Bərdə terrorunun qisasını qəhrəman ordumuz döyüş meydanında alacaq"

Əli Kərimli: "Bərdə terrorunun qisasını qəhrəman ordumuz döyüş meydanında alacaq" 

"Terrorçu Ermənistanın bu gün Bərdədə törətdiyi cinayət nəticəsində indiyədək olan məlumata görə, 21 nəfər dinc sakinimiz həlak olub, 70 nəfərədək yaralı var. Xeyli avtomobil yanıb, dağılıb, mülki obyektlərə ziyan dəyib.

Allahdan həlak olanlara rəhmət, yaralılarımıza şəfa diləyirik. Budur işğalçı Ermənistanın mahiyyəti".

Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyib.

Ə.Kərimli bildirib ki, döyüş meydanında qəhrəman ordumuza məğlub olan düşmən gücünü dinc, mülki əhalini qətliama məruz qoymaqla göstərmək istəyir: "İnanırıq ki, bununnda cavabını qəhrəman ordumuz tərəfindən döyüş meydanında alacaq".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi