Əlimdəki faktları ortaya qoysam, ölkədən qaçarlar - Ramiz Mehdiyev
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın Prezidenti, akademik Ramiz Mehdiyev son günlər onun haqqında yazılanlarla bağlı «Təzadlar»a açıqlama verib.
AMEA rəhbəri ona qarşı aparılan qarayaxmalardan danışıb:
"Nankorlar sabah başqalarına qarşı da eyni nankor yol tutacaqlar. Məni əsassız tənqidlər belə o dərəcədə narahat etmir, lakin məni ən çox narahat edən yaxşılıq göstərdiklərimin, həyatını belə xilas etdiklərimin, ayağa qaldırdıqlarımın, məni görəndə ikiqat baş əyənlərin… bu gün mənə düşmən kəsilməsidir - nankorluğudur.
Əgər həmin şəxslər barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək respublikadan baş götürüb qaçalar, aləm bir-birinə dəyər. Onlardan bəzilərini isə məhkəməyə verəcəyəm. Yazdıqları yalanlara, olmayan hadisələri uydurub söylədiklərinə görə yox, onların nankor olduqlarını cəmiyyətə sübut etmək üçün".
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın