“Emin Əmrullayev yerində deyil, onun rəhbərliyi ilə təhsildə dönüş olmayacaq”

“Emin Əmrullayev yerində deyil, onun rəhbərliyi ilə təhsildə dönüş olmayacaq” 

“Təhsil naziri Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı ənənəvi olaraq problemlərdən danışıb və meritakratik mexanizmlərin vacibliyini vurğulayıb.

Gözəl deyilib. Amma hörmətli Əmrullayevə xatırlatmaq lazımdır ki, o, artıq 2 ildir ki, Təhsil İnstitutunun direktoru deyil. O, (elm və) təhsil  naziridir. Yəni onun işi problemləri araşdrımaq deyil, qərar qəbul etməkdir, siyasət qurmaqdır, günahı camaatın üstünə atıb özünü təmizə çıxarmaq deyil. Sadalan problemləri kim həll etməlidir? Bəlkə camaatdan ibarət işçi qrupu yaradıb səlahiyyəti onlara verək?  Nazir fikir söyləyəndə onun məzmununa və oturduğu kreslonun ona verdiyi səlahiyyətə baxsa, yaxşı olar”.

 

Bunu ekspert Samir Əliyev bildirib.

“Yaxşı olardı ki, gücü terminlərə verib məsələni üstündən səthi keçincə açıqca desin ki, ay camaat, vəzifə, səlahiyyət bölgüsü sizin qabiliyyətinizə uyğun olacaq və bunun üçün filan addımları atacağıq. Nazirin dediyi ən gülməli fikir budur: Məleykə xanımın keçirdiyi imtahanların ən yüksək şkalasında olanların 20-30 ildən sonra həqiqətən də gəlib cəmiyyətin qərar verən adamlarından birinə çevriləndə, hamı orda olmaq istəyəcək.  Nazirin xəbəri varmı yüksək bal toplayanların sonrakı taleyindən? Onların bir hissəsi ölkəni tərk edir, digərləri isə bir neçə semestrdən sonra digərlərindən fərqlənmirlər. (Bir dəfə yazmışdım yüksək bal toplayan balamız barədə. Türkiyə Universiteüti yiyə durandan sonra bizimkilər əl-aya düşdülər) Deməli, nazir həm gözünü testin balına tikib, həm də oturub 20-30 il gözləməyi məsləhət görür bizə. “Sorğu zamanı baxarıq ki, gənclərimizin düşüncə tərzi hansı istiqamətə dəyişib” – ölkədə nə dəyişib ki, gənclərin düşüncə tərzi dəyişsin? Peşəkar müəllimləri məcburi pensiyaya göndərib onların yerini keçid balını yığan müəllimlərə verəndə təhsilin vəziyyətini hansı hala salacağını düşünmək lazım idi, cənab nazir. Bəlkə də haqsızam, amma bu şəxs yerində deyil. Onun rəhbərliyi ilə təhsildə dönüş olmayacaq”, - o qeyd edib./Pravda.az

Faktinfo.az

 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi